Çoban qız 500 atleti qabaqlayaraq birinci oldu - FOTO

Çoban qız 500 atleti qabaqlayaraq birinci oldu -   FOTO
13:57 21 May 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Meksikada Maria Lorena Ramirez adlı qadın günlük geyimi və tərliyə bənzəyən ayaqqabısı ilə qaçış yarışında 12 ölkədən qatılan 500 atleti ötərək ultramarafonun çempionu adını qazanıb.


Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, yarışı 7 saat 3 dəqiqədə tamamlayıb.


Lorena çobanlıqla məşğul olur və gündəlik həyatı sadəcə heyvanların arxasınca 10-15 kilometr piyada hərəkət etməklə keçir. Ona bu istedadının babalarından keçdiyi bildirilir.


Qeyd edək ki, Lorena, bu yarışa keçən il də qatılmış və ikinci olmuşdu.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-coban-qz-500-atleti-qabaqlayaraq-birinci-oldu-t58228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR