Salyanda əlil maşını qəzaya uğradı - YARALILAR VAR

Salyanda əlil maşını qəzaya uğradı - YARALILAR VAR
14:37 21 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan şəhərinin mərkəzində 2-ci qrup Qarabağ əlili, Qaradağ rayonunun Ələt qəsəbə sakini 46 yaşlı Şahsuvarov Elçin Abasət oğlunun idarə etdiyi "Naz-Lifan" markalı əlil avtomobili taksi fəaliyyəti ilə məşğul olan VAZ-21015 markalı, Salyan rayonunun Xocalı kənd sakini 45 yaşlı İsmayılov Müşfiq Ramiz oğlunun idarə etdiyi avtomaşınla toqquşub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, qəza nəticəsində "Naz-Lifan"ın sərnişini, Cəlilabad rayon sakini, 31 yaşlı Hökməliyev İqbal Əlizadə oğlu, sürücüsü Elçin Şahsuvarov və VAZ-21015-in sürücüsü Müşfiq İsmayılov aşağı ətrafların və bel nahiyələrinin əzilməsi diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsondə araşdırmalara başlanılıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR