Mahmud Məmmədquliyev: Bu barədə danışmaq tezdir

Mahmud Məmmədquliyev: Bu barədə danışmaq tezdir
14:59 21 May 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm, təhsil və digər sahələrlə əhatə edən yeni sazişin imzalanması ilə bağlı danışıqlar başlanılıb”.

 

APA-nın məlumatına görə, bunu  xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

 

M. Məmmədquliyev deyib ki, danışıqlar yeni başladığından qarşıda görüləcək çox  işlər var. Xarici işlər nazirinin müavini Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri məsələsinə də toxunub: “Azərbaycan vətəndaşlarının Avropaya sərbəst gedib gəlməsi üçün viza məsələləri bir qədər  yüngülləşdirilib. Eyni zamanda, bizim imzaladığımız sazişlər, həm vizanın sadələşdirilməsi, həm də readmissiya sazişləri həyata keçirilir. Ola bilsin ki, bu məsələ ilə bağlı monitorinq komitəsində görüş olacaq və onlar bu məsələyə bir daha baxacaqlar. Əgər hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun. Azərbaycan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına gəlincə, indi bu barədə danışmaq bir qədər tezdir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR