3X3 basketbol yığmamız finala çıxdı

3X3 basketbol yığmamız finala çıxdı
15:05 21 May 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət 3X3 basketbol yığması finala yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarımfinalda Türkiyə komandası ilə qarşılaşan millimiz 17:7 hesabı ilə qalib gəlib.

Finalda basketbolçularımızı Malidən olan rəqibləri gözləyir.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR