Şəmkirdə minik maşını dərəyə yuvarlanıb

Şəmkirdə minik maşını dərəyə yuvarlanıb
15:12 21 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir. 21 may. REPORT.AZ/ Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şəmkir-Gədəbəy yolunda qeydə alınıb.
Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü, Bayramov Sərxan Nüsrət oğlunun idarə etdiyi "VAZ -2102" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı uçurumdan dərəyə yuvarlanıb. Ağır bədən xəsarətləri alan sürücü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/semkirde-minik-masini-dereye-yuvarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR