Şəmkirdə minik maşını dərəyə yuvarlandı - xəsarət alan var

Şəmkirdə minik maşını dərəyə yuvarlandı - xəsarət alan var
16:05 21 May 2017
37 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə günorta saatlarında Şəmkir-Gədəbəy yolunda qeydə alınıb.
Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü, Bayramov Sərxan Nüsrət oğlunun idarə etdiyi "VAZ -2102" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı uçurumdan dərəyə yuvarlanıb. Ağır bədən xəsarətləri alan sürücü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/546921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR