Ərdoğandan Avropa İttifaqına XƏBƏRDARLIQ

Ərdoğandan Avropa İttifaqına XƏBƏRDARLIQ
16:27 21 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ya Avropa İttifaqı Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi təmin edəcək, Türkiyədə miqrantlara söz verilən maddi yardımı edəcək, ya da hər kəs öz yolu ilə gedəcək ".

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
R. T. Ərdoğan deyib ki, Türkiyə Avropa İttifaqına daxil olmaq, birgə addımlamaq istəyir: "Türkiyənin önü genişdir. Az öncə Küveytə, Çinə, daha sonra ABŞ-a səfər etdik, milyardlıq sazişlərə imza atdıq. Seçim Avropa İttifaqınındır".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/546927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR