Millimiz Omana qarşı - YENİLƏNİR

Millimiz Omana qarşı  - YENİLƏNİR
16:37 21 May 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının finalı baş tutacaq. Fanat.Az xəbər verir ki, millimiz Omanla üz-üzə gələcək.


 

Qrupda keçiridiyi oyunlarda Kamerun və Mərakeşlə qolsuz bərabərliyə razılaşan, Səudiyyə Ərəbistanını 2:0 hesabıyla yenən, yarımfinalda B qrupunun lideri Əlcəzairə də 2 cavabsız qolla qalib gələn Azərbaycan turnirin sürpriz komandasını yenməyə çalışacaq.


 

Əlbəttə, daha gənc oyunçulardan qurulmuş Oman millisi də finala iştirak xatirinə yüksəlməyib. Yaşar Vahabzadənin yetirmələrini çətin oyun gözlədiyi şübhə doğurmur. 


 

Qeyd edək ki, 3-cü yer uğrunda Kamerun və Əlcəzair yığmaları mübarizə aparıb. Bu gün 14.00-da başlayan görüşdə 2:0 hesablı qələbəyə sevinən ərəblər bürünc medallara sahib çıxıb.


 

IV İslam Həmrəyliyi Oyunları

Futbol

 

Final

 

21:00. Azərbaycan - Oman 

 

Tofiq Bəhramov adına Respublika Stadionu

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-omana-qar-t58233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR