Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Publika.az report.az-a istinadən bildirir ki, hadisə
günorta saatlarında Şəmkir-Gədəbəy yolunda qeydə alınıb.
Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü, Bayramov Sərxan Nüsrət
oğlunun idarə etdiyi "VAZ -2102" markalı avtomobil idarəetmədən
çıxaraq yol kənarındakı uçurumdan dərəyə yuvarlanıb. Ağır bədən
xəsarətləri alan sürücü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının
vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.