Şəmkir sakinini cərəyan vurdu

Şəmkir sakinini cərəyan vurdu
17:12 21 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunun İrmaşlı kəndində elektriki cərəyan vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, 1957-ci il təvəllüdlü kənd sakini Əhmədov Vaqif Məzahir oğlu təmir aparılan evdə elektrik işi görən zaman onu cərəyan vurub.

Ağır xəsarət alan elektrik yaxınlıqdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən V.Əhmədovun vəziyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/546933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR