Türkiyədə sümükləri tapılan rus generalla bağlı YENİ FAKT

Türkiyədə sümükləri tapılan rus generalla bağlı YENİ FAKT
17:42 21 May 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ərdahan vilayətində tapılan və çar ordusunun generalı Vasili Geymana aid olduğu iddia edilən cəsədin əsl kimliyi ilə bağlı yeni iddia irəli sürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Qars muzeyində qorunan cəsətin əslində polkovnik Karl Karloviç Rjepetskiyə aid olduğu bildirilib.

Karloviçin 1-ci Qafqaz Korpusu, 20-ci Piyada Diviziyası, 78-ci Navalqinski alayında xidmət etdiyi və 1894-cü ildə ağır xəstəlik nəticəsində öldüyü qeyd edilib.

Türk mütəxəssislərin cəsəd üzərində araşdırma apardığı və rus ekspertlərlə dəqiqləşdirdikdən sonra 99 faiz ehtimalla kimliyinin müəyyənləşdirildiyi deyilib.

Qeyd edək ki, Rusiya arxivlərində adıçəkilən polkovnikin Ərdahan hərbi məzarlığında dəfn edildiyi də bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/546910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR