Azərbaycan İslamiadanın suya tullanma yarışında daha bir medal qazanıb

Azərbaycan İslamiadanın suya tullanma yarışında daha bir medal qazanıb
18:29 21 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında daha bir medal qazanıb.

Trend-in məlumatına görə, kişilərin 10 m platformadan sinxron tullanma yarışında təmsilçilərimiz - Artyom Danilov və Dmitri Sorokin cütlüyü finalda 265.11 xalla ikinci yeri tutublar.

Qızıl medal Şahnam Nəzərpur - Müctəba Vəlipur (İran), bürünc medal isə Hüseyn əl-Əlayavi - Hüseyn əl-Maliki (İraq) cütlüyünə nəsib olub.

Bununla da suya tullanma yarışına yekun vurulub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR