“Mənim ilk qrantım” birgə müsabiqəsinin keçirilməsi haqqında protokol imzalanacaq

22 mayda, saat 12.00-da BEGOC ofisində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Gənc alim və mütəxəssislərin 4-cü xüsusi (“Mənim ilk qrantım”) birgə müsabiqəsinin keçirilməsi haqqında protokol imzalayacaq.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə EİF 2012-ci ildən başlayaraq gənc alim və mütəxəssislər üçün 3 xüsusi qrant müsabiqəsi keçirib. Bu müsabiqələrdə 74 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1,5 mln manat vəsait ayrılıb.

Bağlanan müqavilə növbəti 4 müsabiqənin keçirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də payçı qismində iştirakını müəyyən edəcək.

Qeyd etmək lazımdır ki, xüsusi olaraq gənc alimlər üçün elan olunmuş müsabiqələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.2 yarımbəndinə əsasən keçirilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR