Azərbaycan İslamiadada qızıl medallarının sayını 70-ə çatdırdı

Azərbaycan İslamiadada qızıl medallarının sayını 70-ə çatdırdı
18:55 21 May 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın güləşində daha bir qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 69 kq çəkidə mübarizə aparan təmsilçimiz Elis Manolova həlledici görüşdə Qazaxstan idmançısı Jamela Bakberqenova ilə qarşılaşıb.

Buna qədər bütün rəqiblərini vaxtından əvvəl məğlub edən E.Manolova bu dəfə də təmiz qələbə qazanaraq (8:0 - tuşe) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 70-ci qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR