"Qan qaynaması"nın cinsi istəklə əlaqəsi...

Yazın gəlişi sinir-damar tonusuna təsir göstərdiyi üçün nəticədə əhval-ruhiyyə dəyişir.

Metbuat.az xəbər verir ki, orqanizmin emosional sferasından asılı olaraq, hər kəs dəyişikliklərə müxtəlif cür reaksiya verir. Bəzi insanlarda depressiya, stressə meyllilik yaranır. Bəzənsə tam əksinə, insanın əhvalının yaxşılaşmasına səbəb olur. Buna da el arasında "qanın qaynaması" deyirlər. Tibb isə bu halı belə izah edir: damarlar daralır, endorfin ifraz edilir və əhval-ruhiyyə yaxşılaşır. Daralmış damarda qan daha sürətli dövran edir. Ona görə də buna "qan qaynamaq" deyirlər.

Psixiatrlar günəş şüalarının, mövsümü faktorların beyində seratonin, yəni xoşbəxtlik hormonunun ifrazına təsir etdiyini vurğulayır.

Bəs görəsən, günəş şüaları ilə bağlı olaraq seratonin hormonun artması libidonun (cinsi istək) artmasına da səbəb olurmu?

Libido günün saatına görə dəyişə bilir. Məsələn, cinsi istək kişilərdə əsasən səhər erkən saatlarda yaranır. Yazın verdiyi müsbət hallar nəticəsində aura, əhval-ruhiyyə yaxşılaşır, onun fonunda insanın libidosu arta bilər.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR