26 yaşlı gənc intihara cəhd edib

26 yaşlı gənc intihara cəhd edib
19:22 21 May 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki bina 1, ev 1 ünvanında yerləşən mənzildə qeydə alınıb.

Şabran rayon sakini olan və Göyçayda yaşayan 1992-ci il təvəllüdlü Məmmədov Cəfər Mehman oğlu sirkə turşusu içərək özünü zəhərləyib. C. Məmmədov ağır vəziyyətdə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra xəstə müalicə üçün Bakıya aparılıb.
 
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 26 yaşlı gəncin özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. 
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/546953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR