Kişi basketbolçularımız da çempion oldu

Kişi basketbolçularımız da çempion oldu
20:05 21 May 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 3X3 basketbol turniri başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın kişi basketbolçulardan ibarət millisi finalda Qətər yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız 13:9 hesablı qələbə qazanaraq qızıl medala layiq görülüb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 73-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR