"Yuventus" ardıcıl altıncı dəfə İtaliya çempionu olub

"Yuventus" ardıcıl altıncı dəfə İtaliya çempionu olub
20:12 21 May 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 may. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu ardıcıl altıncı dəfə futbol üzrə ölkə çempionatının qalibi olub.
"Report" xəbər verir ki, Turin klubu çempionluğunu "Krotone" üzərində qazanılan 3:0 hesablı qələbə sayəsində müəyyənləşdirib.
Oyunda qolları Mancukiç, Dibala və Aleks Sandro vurub.
Massimiliano Alleqrinin yetirmələri bununla 1931-1935-ci illər dövründə müəyyən etdikləri rekordu yeniləyiblər. Həmin vaxt "Qoca Sinyora" beş dəfə ard-arda çempion titulunu qazanmağa nail olmuşdu və onun bu qalibiyyət seriyasını sonda "Bolonya" qıra bilmişdi.
"Yuventus" – "Krotone" - 3:0
Qollar: Mancukiç, 12, Dibala, 39, Sandro, 83

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-ardicil-altinci-defe-i-taliya-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR