Kişi basketbolçularımız da çempion oldu

Kişi basketbolçularımız da çempion oldu
20:38 21 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 3X3 basketbol turniri başa çatıb.

Publika.az xəbər verir ki, Azərbaycanın kişi basketbolçulardan ibarət millisi finalda Qətər yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız 13:9 hesablı qələbə qazanaraq qızıl medala layiq görülüb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 73-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR