Voleybol yığmamız finalda büdrədi

Voleybol yığmamız finalda büdrədi
21:22 21 May 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışına da yekun vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, final görüşündə Azərbaycanın kişi voleybolçulardan ibarət millisi İran yığması ilə qarşılaşıblar.

Gərgin keçən oyunda iranlı voleybolçular qələbə qazanıblar - 0:3 (16:25, 27:29, 18:25)

Beləliklə, voleybol komandamız İslamiadanı ikinci pillədə başa vurub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR