Şəkidə maraqlı aksiya - VİDEO

Şəkidə maraqlı aksiya - VİDEO
21:37 21 May 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam oyunları ərəfəsində Şəkidə bir sıra qoruqlarda və muzeylərdə "Xalq gəzintisi" adlanan acıq qapı gününün keçirilməsi yerli əhali ilə yanaşı turistlərin də diqqətini cəlb edib.

Milli.Az bildirir ki, İslam Həmrəyliyi Oyunlarını izləmək üçün Azərbaycana gələn turistlər ölkənin tarixi bölgələrini gəzmək fürsətini də əldən verməyiblər. "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda turistlərə ölkəmizin tarixinin,adət ənənələrinin,təbliği ilə yanaşı silsilə şəklində folklor nümunələri də təqdim olunub.

Mayın əvvəllərindən turistlərin sayının xeyli artdığını deyən qoruq direktoru əcnəbi turistlər arasında ərəb ölkələrindən, eləcə də Türkiyə və Rusiyadan gələnlərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Turistlər isə tarixi abidələri ziyarət etmək və Azərbaycan haqqında daha çox şey bilməkdən zövq aldıqlarını deyirlər.

Ərazidəki tarixi abidələrin özəllikləri ilə yanaşı, Milli paltarlarımızı geymək xalq rəqslərini dinləmək və hətta rəqs etmək imkanları yaradılan turistlər ölkəmizin milli sərvətlərinə heyran olduqlarını bildirirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şəkidə maraqlı aksiya


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR