Ağaclar aşdı, yol bağlandı - Qəbələ-İsmayıllı yolunda

Ağaclar aşdı, yol bağlandı - Qəbələ-İsmayıllı yolunda
21:39 21 May 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün  güclü külək nəticəsində Qəbələ-İsmayıllı avtomobil yolunun Qəbələ rayon Vəndam qəsəbəsi və İsmayıllı rayon Topçu kəndi ərazilərindən keçən hissəsində iri gövdəli ağacların aşması nəticəsində avtomobil yolu bağlanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq tədbirlər görülüb və nəqliyyatın hərəkəti bərpa edilib. Əməliyyat saat 18:42-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR