"Yuventus" ardıcıl altıncı dəfə İtaliya çempionu olub

"Yuventus" ardıcıl altıncı dəfə İtaliya çempionu olub
21:53 21 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Yuventus" klubu ardıcıl altıncı dəfə futbol üzrə ölkə çempionatının qalibi olub.

Publika.az xəbər verir ki, Turin klubu çempionluğunu "Krotone" üzərində qazanılan 3:0 hesablı qələbə sayəsində müəyyənləşdirib. Oyunda qolları Mancukiç, Dibala və Aleks Sandro vurub.

Massimiliano Alleqrinin yetirmələri bununla 1931-1935-ci illər dövründə müəyyən etdikləri rekordu yeniləyiblər. Həmin vaxt "Qoca Sinyora" beş dəfə ard-arda çempion titulunu qazanmağa nail olmuşdu və onun bu qalibiyyət seriyasını sonda "Bolonya" qıra bilmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/199652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR