Bu açıqlamalar sizi şoka salacaq: küçədən tapılan Yağmurun anası üzə çıxdı - VİDEO

Bu açıqlamalar sizi şoka salacaq: küçədən tapılan Yağmurun anası üzə çıxdı - VİDEO
22:05 21 May 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Küçədən çılpaq tapılan və zorakılığa məruz qaldığı üz gözündən bilinən 4 yaşlı qızcığaz bu günlərin ən çox müzakirə edilən mövzularından oldu.

Milli.Az bildirir ki, uşaq 1 həftə əvvəl polislər tərəfində küçədə tapılaraq Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına təhvil verilib.

Uşaqlar birliyinin üzvləri sosial şəbəkələrdə məlumat yayaraq uşağın valideynlərini axtarıblar. Lakin tapılmayıb. Bundan sonra Xəzər Televiziyasına müracəit ediblər. Uşağın görüntüsü yayıldıqdan sonra valideyn nəhayət ki, tapılıb.

Uşağın anası Lamiyə ilə bir neçə gündür söhbətlər aparılır, onu niyə küçəyə atdığı soruşulur. Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə deyir ki, uşaq nigahdan kənar dünyaya gəlib. Nə ananın sənədi var, nə balanın. Bundan əlavə, hər ikisində psixoloji problemlər var. Anasi deyir ki, uşağı indiki sevgilisi tez tez döyürmüş.
Uşağın anası deyir ki, guya onu küçəyə atmaq istəmirmiş, nənəsinin yanına aparıb ona vermək istəyirmiş. Lakin anası ilə arasında dava olduğundan qadın, qızı ona təhvil verməyib, qapının ağzına atıb çıxıb gedib.

Qızcığaz 4 gün küçələrdə yaşayıb. Polis onu tapanda üzərində zorakılıq əlamətləri olub. Hazırda Uşaqlar Birliyinin psixoloqu onunla iş aparır. Valideyni isə təhqiqata cəlb edilib. Yəqin ki, ananı ciddi cəza gözləyir.

Nəticə nədir, süjetdən izləyək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu açıqlamalar sizi şoka salacaq: küçədən tapılan Yağmurun anası üzə çıxdı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR