Lənkəranda sərxoş sürücü qəza törədib

Lənkəranda sərxoş sürücü qəza törədib
22:12 21 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 21 may. REPORT.AZ/ Lənkəranda sərxoş sürücü qəza törədib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan 52 yaşlı Lənkəran şəhər sakini Kərimov Vəfadar Nuşirəvan oğlunun idarə etdiyi "VAZ-2107" markalı "42-BT-266" dövlət qeydiyyat nişanlı avtomaşın "Mercedes" markalı "42-BZ-193" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Nəticədə "VAZ-2107"nin sürücüsü ciddi xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin müayinə zamanı sürücünün içkili olduğu müəyyənləşib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya elə "VAZ-2107"nin sürücüsü səbəb olub. Belə ki, o, idarə etdiyi avtomaşınla sərt dönüş edib və yolla hərəkət edən "Mercedes"in yoluna çıxıb.
Faktla bağlı araşdırma aparılır.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-serxos-surucu-qeza-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR