Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar tapıldı

Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar tapıldı
22:13 21 May 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, gün ərzində 1 245 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 20 551 kv.m (2.06 ha) ərazi tam təmizlənib, 18 500 kv.m (1.85 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR