İslamiada: Kişi basketbolçularımız da birinci oldu

İslamiada: Kişi basketbolçularımız da birinci oldu
22:47 21 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb. Komandamız aktivinə daha bir “qızıl” yazıdırıb.

 

Budəfəki mükafat da komanda idman növündə qazanılıb. Kişilərdən ibarət basketbol yığmamız (3x3) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Finalda Qətər millisi  ilə qarşılaşan Zaur Paşayev, Amil Həmzəyev, Orhan Aydın və Marşal Mosesdən ibarət komandamız 13:9 hesablı qələbəyə sevinib. Yarışın bürünc medallarını isə Türkiyə yığması qazanıb.

 

Qeyd edək ki, qadınlardan ibarət basketbol millimiz də turniri qızıl medalla başa vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slamiada-kii-basketbolcularmz-da-birinci-oldu-t58242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR