Lənkəranda sərxoş sürücü qəza törətdi - FOTO

Lənkəranda sərxoş sürücü qəza törətdi - FOTO
22:53 21 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda sərxoş sürücü qəza törədib.

Publika.az xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan 52 yaşlı Lənkəran şəhər sakini Kərimov Vəfadar Nuşirəvan oğlunun idarə etdiyi "VAZ-2107" markalı "42-BT-266" dövlət qeydiyyat nişanlı avtomaşın "Mercedes" markalı "42-BZ-193" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Nəticədə "VAZ-2107"nin sürücüsü ciddi xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinə zamanı sürücünün içkili olduğu müəyyənləşib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya elə "VAZ-2107"nin sürücüsü səbəb olub. Belə ki, o, idarə etdiyi avtomaşınla sərt dönüş edib və yolla hərəkət edən "Mercedes"in yoluna çıxıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR