Millimiz İslamiadanın qalibi oldu - 75-ci QIZIL MEDAL

Millimiz İslamiadanın qalibi oldu - 75-ci QIZIL MEDAL
22:55 21 May 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliy Oyunları çərçivəsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan və Oman komandalarının final oyunu keçirilib.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmaya millimiz daha fəal başlayıb. 16-cı dəqiqədə Mahir Mədətov hesabı açıb, 11 dəqiqə sonra isə dubla imza atıb.

Fasiləyə üstün yollanan yığmamız ikinci hissənin əvvəllərində qapısında qol görüb - Sabah əl-Yəhyayi fərqlənib. Lakin Oman yığmasının bundan artığına gücü çatmayıb - 2:1.

Beləliklə, futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu, Azərbaycanın İslamiadada qazandığı 75-ci qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR