"Gözəl qələbənin sevincini Azərbaycan xalqı ilə paylaşırıq"

"Gözəl qələbənin sevincini Azərbaycan xalqı ilə paylaşırıq"
23:12 21 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bəziləri qızıl medal qazanacağımıza inanmasa da, biz qələbə əldə edəcəyimizə çox inanırdıq. Çox şadam ki, qızlarımız bu gün öz güclərini göstərdilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında basketbol 3x3 yarışının qızıl medalını qazanan Azərbaycan yığma komandasının məşqçisi Vüqar Əzimov deyib.

O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Buna görə ölkəmizin başçısına təşəkkür edən V.Əzimov deyib ki, hazırda onlar gözəl qələbənin sevincini Azərbaycan xalqı ilə paylaşırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR