Ağdamda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

Ağdamda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır
23:47 21 May 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır, dəyən ziyan hesablanır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dolu ilə müşahidə olunan güclü külək rayonun Çəmənli kəndində evlərin dam örtüyünü aşırıb, ağacları kökündən çıxarıb.

Ağdam Elektrik Şəbəkəsinin rəisi Emin Əliyev açıqlamasında bildirib ki, 2 ədəd 35 kilovoltluq elektrik xəttində dayağın aşması və elektrik naqillərinin qırılması nəticəsində bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin əməkdaşları da cəlb olunub, yerli sakinlərə dəyən ziyan hesablanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/547042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR