Tovuzda içki üstündə valideynləri ilə mübahisə edən kişi öz qolunu kəsib

Tovuzda içki üstündə valideynləri ilə mübahisə edən kişi öz qolunu kəsib
00:47 22 May 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 22 may. REPORT.AZ/ Tovuz rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Dönük Qırıqlı kəndində baş verib.
Sərxoş vəziyyətdə valideynləri ilə mübahisə edən 1981-ci il təvəllüdlü Əliyev Emin Eldar oğlu əsəbi halda sol qolunu küt alətlə kəsib. Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.
Qohumların sözlərinə görə, övlad və valideynlər arasında mübahisə ata və ananın öz oğullarına içkidən imtina etməyi istəmələri səbəb olub.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-icki-ustunde-valideynleri-ile-mubahise-eden-kisi-oz-qolunu-kesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR