İslamiada: Futbol yarışında ilk 3 yeri tutanlar mükafatlandırılıblar

İslamiada: Futbol yarışında ilk 3 yeri tutanlar mükafatlandırılıblar
01:57 22 May 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışın qalib və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.
"Report"un məlumatına görə, mükafatları İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abduləziz Əl Nəssar, qurumun II vitse-prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AFFA prezidenti Rövnəq Abdullayev təqdim edib. Onlar Azərbaycan yığmasını qızıl, Omanı gümüş, Əlcəzairi bürünc medalla təltif ediblər.
Yarışın qalibi olan Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandasının şərəfinə dövlət himni səsləndirilib. Sonda xatirə fotosu çəkdirilib. 
Qeyd edək ki, final matçını Azərbaycanın Birinci vitse-prezidenti, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-futbol-yarisinda-ilk-3-yeri-tutanlar-mukafatlandiriliblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR