Qəbələ-İsmayıllı avtomobil yolunda iri gövdəli ağaclar aşıb: yol bağlanılıb

Qəbələ-İsmayıllı avtomobil yolunda iri gövdəli ağaclar aşıb: yol bağlanılıb
02:01 22 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Güclü külək nəticəsində Qəbələ-İsmayıllı avtomobil yolunun Qəbələ rayon, Vəndam qəsəbəsi və İsmayıllı rayon, Topçu kəndi ərazilərindən keçən hissəsində iri gövdəli ağaclar aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nəticədə avtomobil yolu bağlanılıb.

Dərhal Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq tədbirlər görüblər və nəqliyyatın hərəkətini bərpa ediblər.

Əməliyyat saat 18:42-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2757433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR