Azərbaycan cüdoçuları Avropa kubokunda daha iki medal qazanıb

Azərbaycan cüdoçuları Avropa kubokunda daha iki medal qazanıb
03:42 22 May 2017
192 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.
"Report" xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha iki medal yazdırıb.
+90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Abdullayev yalnız final görüşündə məğlub olaraq mötəbər turnirin gümüş medalını qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə bürünc medala sahib olub.
Yarışın ilk günü cüdoçularımız Əli Əsgərzadə (50 kq) və Davud Abbaslı (60 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunub.






Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-cudoculari-avropa-kubokunda-daha-iki-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR