Daşkəsəndə ölümlə nəticələnən qəza

Daşkəsəndə ölümlə nəticələnən qəza
04:03 22 May 2017
249 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Quşçu kəndi ərazisində “Qazel” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR