Medvedev İstanbulda Ərdoğanla görüşəcək

Medvedev İstanbulda Ərdoğanla görüşəcək
04:24 22 May 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın baş naziri Dmitriy Medvedev İstanbula səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

“Mayın 22-də baş nazir Dmitriy Medvedev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək”, məlumatda deyilir.

 

Qeyd edək ki, Rusiyanın baş naziri İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) sammitində iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR