Valideyinləri ilə mübahisə edən oğul qolunu kəsərək intihara cəhd edib

Valideyinləri ilə mübahisə edən oğul qolunu kəsərək intihara cəhd edib
08:32 22 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirərək intihara cəhd edib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Dönük Qırıqlı kəndində baş verib.

Sərxoş vəziyyətdə valideynləri ilə mübahisə edən 1981-ci il təvəllüdlü Əliyev Emin Eldar oğlu əsəbi halda sol qolunu küt alətlə kəsib. Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.

Qohumların sözlərinə görə, övlad və valideynlər arasında mübahisə ata və ananın öz oğullarına içkidən imtina etməyi istəmələri səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/547058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR