Bakıda 16 yaşlı gənc özünü 5-ci mərtəbədən atıb

Bakıda 16 yaşlı gənc özünü 5-ci mərtəbədən atıb
08:37 22 May 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Binə qəsəbəsində yerləşən binalardan birinin 5-ci mərtəbəsində yaşayan 16 yaşlı gənc (hələlik adı açıqlanmır) özünü yuxarıdan atıb.

Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gəncin yaxınları onun intihar etmək istədiyini bildirsələr də, polis əməkdaşları oğlanın yıxıldığını ehtimal edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/547061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR