Bu gün Bakıda pulsuz elektrik qatarı işləyəcək

Bu gün Bakıda pulsuz elektrik qatarı işləyəcək
09:22 22 May 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Bu gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün "Bakı-Sərnişin" stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.
“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, saat 18:00-dan 20:00-a kimi "Bakı-Sərnişin" stansiyasından “Koroğlu” dayanacağına yarım saatdan bir qatar işləyəcək.
Mərasim başa çatandan sonra - saat 23:30-dan saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından "Bakı-Sərnişin" stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/bu-gun-bakida-pulsuz-elektrik-qatari-isleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR