Dünya mediası bu FOTOdan danışır - FOTO/VİDEO

Dünya mediası bu FOTOdan danışır - FOTO/VİDEO
09:33 22 May 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən günlərdə Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti Donald Tramp Terrorla Mübarizə Mərkəzinin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, Ər-riyadda 55 ölkənin iştirakı ilə keçirilən ABŞ-Avropa və İslam Ölkələri Zirvəsinin Mərkəzin açılışı keçirilib.

Açılışda bütün diqqət Səudiyyə Ərəbistanının Kralı Salman bin Abdulaziz, ABŞ Prezidenti Donald Tramp və Misir prezidenti Əbdül Fəttah əs-Sisiyə yönəlib.

Xarici KİV-də yayımlanan xəbərlərə görə, mərkəz radikal düşüncələr ilə mübarizə aparan, insanlar arasında geniş şəkildə istifadə edilən radikal dil və ləhcələri tədqiq edən və bu ideyaların yayılmasına mane olmağa çalışan ilk beynəlxalq qurum olacaq.

Mərkəzin açılışında üç liderin əllərini kürənin üzərinə qoyub çəkdirdikləri şəkil dünya mediasının marağına səbəb olub.

Sosial mediada bu foto "qorxu filmindən bir fraqment" kimi şərh olunub.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR