Messi son 4 ildə ilk dəfə bombardir oldu

Messi son 4 ildə ilk dəfə bombardir oldu
09:37 22 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Lionel Messi 2016/17 mövsümündə La Liqanın bombardiri olub. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı forvard 34 oyunda 37 qol vurub. 

Bombardirlər yarışında ikinci yeri Messinin komanda yoldaşı Luis Suarez tutub. Uruqvaylı futbolçu 35 oyunda 29 dəfə fərqlənib. 

Üçüncü yeri isə 29 oyunda 25 qol vuran Kriştianu Ronaldu tutub. 

Qeyd edək ki, Messi sonuncu dəfə 2012/13 mövsümündə 46 qol vurmaqla La Liqanın bombardiri olmuşdu. 

2013/14 və 2014/15 mövsümlərində Messi Ronaldudan geri qalmışdı. Ötən il isə bombardirlər yarışında o, Suarezə uduzmuşdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR