Avtosfer.az-ın kameralarına maraqlı bir görüntü düşüb. Belə ki, qoşa xəttin tələbini pozaraq qarşı yola çıxan və geriyə dönmə etməyə çalışan 50 CV 588 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə öz təhlükəsizliyinə görə yol verən digər sürücü qəza ilə üzləşib.
Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, qaydanı pozub dönmə etdikdən sonra yola belə baxmadan sağdan sola ötmə də edən "Mercedes"in sürücüsü digər avtomobilin yoluna çıxır və qəzaya səbəb olur. Eyni zamanda, öz yolu ilə gedən sürücünü də "borclu çıxarmağa" çalışır.
Həmin videonu təqdim edirik:
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində