Şimali Koreya ötən gün sınaqdan çıxardığı raketin kütləvi istehsalına başlayır

Şimali Koreya ötən gün sınaqdan çıxardığı raketin kütləvi istehsalına başlayır
09:47 22 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Şimali Koreya rəhbəri Kim Çen In mayın 21-də sınaqdan keçirilən orta mənzilli ballistik raketin kütləvi istehsalı barədə sərancam imzalayıb. 
“Report” BBC-yə istinadən xəbər verir ki, amma sərəncamda raketin adı və göstəriciləri açıqlanmayıb. 
İnformasiyaya əsasən, bu raket Şimali Koreya Silahlı Qüvvələrinin silah arsenalına daxil edilməyə hazırdır.
Məlumata görə, rəsmi Vaşinqton bu raketin uçuş məsafəsinin əvvəllər üç dəfə sınaqdan çıxarılan raketlərdən daha az olduğunu bildirib.
BMT Təhlükəsizlik Şurası mayın 23-də ABŞ, Yaponiya və Cənubi Koreyanın istəyi ilə Şimali Koreyanın raket sınağını müzakirə edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/simali-koreya-oten-gun-sinaqdan-cixardigi-raketin-kutlevi-istehsalina-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR