Meksikada avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər həlak olub

Meksikada avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər həlak olub
09:52 22 May 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Meksikanın cənubundakı Çyapas ştatında avtobusun 100 metr hündürlüyə malik dərəyə aşması nəticəsində azı 16 nəfər həlak olub, 25 nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, yol qəzası Motosintla və Uistla bələdiyyələri arasındakı yolda baş verib.
Polis avtobusda olanların dini təriqət üzvləri olduğunu bildirib. İlkin məlumatlara görə, qəza sürət həddinin aşılması səbəbiylə baş verib.
Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları çalışır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-avtobusun-dereye-yuvarlanmasi-neticesinde-16-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR