ABŞ-da aktiv neft-qaz quyularının sayı 900-ü ötüb

ABŞ-da aktiv neft-qaz quyularının sayı 900-ü ötüb
09:52 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı mayın 12-dən 18-dək 16 ədəd və ya 1,81% artaraq 901-ə çatıb.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 8 ədəd və yaxud 1,12% artaraq 720 ədəd, qaz quyularının sayı 8 ədəd və yaxud 4,65% artaraq 180 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1-ə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 402 və yaxud 126%, qaz quyularının sayı isə 95 ədəd, yaxud 112%, ümumilikdə isə neft-qaz quyularının sayı 497 ədəd və yaxud 123% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,28 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 55,2% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında da artım davam edəcək. Bu isə öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-aktiv-neft-qaz-quyularinin-sayi-900-u-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR