Azərbaycanda Bakı-Aktau-Samsun limanlarının əməkdaşlıq imkanları müzakirə edilir

Azərbaycanda Bakı-Aktau-Samsun limanlarının əməkdaşlıq imkanları müzakirə edilir
09:57 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Bu gün Bakıda Bakı-Aktau-Samsun limanlarının əməkdaşlıq mexanizmləri müzakirə ediləcək.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli dövlətləri Əməkdaşlıq Şurasının Bakı-Aktau-Samsun qardaşlaşmış limanlarının II görüşündə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib. 
"Azərbaycanın iqtisadi mövqeyi, tranzit potensialı ölkəni qlobal mərkəzə çevirib. Türkdilli dövlətlərin həyata keçirdiyi nəqliyyat layihələri də olduqca önəmlidir. Azərbaycanda, Xəzərdə iri logistika mərkəzi olacaq. Liman ərazisində yaradılacaq azad ticarət zonası da bu işlərin bir tərkib hissəsidir. Bu zona Avropa və Asiya bazarına xidmət edəcək", - deyə R.Quluzadə qeyd edib

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-baki-aktau-samsun-limanlarinin-emekdasliq-imkanlari-muzakire-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR