Danimarkada miqrantlarla bağlı ŞOK QADAĞA

Danimarkada miqrantlarla bağlı ŞOK QADAĞA
10:08 22 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Danimarkanın paytaxtı Kopenhagendə miqrantların küçələrə çıxması qadağan edilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ötən həftə Danimarkada bir kəndçinin 6 miqrant gəncin hücumuna məruz qalmasıdır.

Danimarka Xalq Partiyasının sözçüsü Martin Ehnrikse də miqrantların düşərgələrdən kənara çıxmasının qadağan olunmasını tələb edib.

Oxşar təklifi Danimarka Sosial Demokrat Partiyasının hüquqşünası Trine Bramsen də edib. O, miqrasiya naziri İnger Stöjbergə müraciət edərək, miqrantların gecələr küçələrə çıxmasının qadağan olunmasını təklif edib.

Artıq sözügedən təkliflər Danimarka parlamentinə göndərilib. Bununla bağlı qanunun yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir.

Qanun qəbul olunarsa, Danimarkada miqrantların küçələrə çıxması qadağan olunacaq. Qanunun tələblərini pozan miqrantların defolt və cərimə edilməsi cəzaları nəzərdə tutulur.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR