Kərəm Həsənovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
10:12 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun mayın 26-da Balakəndə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyidirilib.
“Report” Komitəyə istinadən xəbər verir ki, qəbul mayın 27-də, saat 10:00-da Rayon Mədəniyyət Evində olacaq.
Qəbulda Balakən rayonu ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların da müraciətlərinə baxılacaq. Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, bununla bağlı keçirilən hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və yaxud torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan və s. məsələlərlə bağlı K.Həsənova müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyənlər ƏMDK-nın office@emdk.gov.az elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349);
Komitənin 17 saylı ərazi şöbəsi: (024 22) 5-22-52, (024 29) 5-10-56;
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi: (024 22) 4-00-63, (024 29) 5-21-73;
Bununla yanaşı, vətəndaşlar Şəki şəhəri, 20 Yanvar küçəsi, 8 və Balakən şəhəri, Rafiq Səmədov küçəsi, 3 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/kerem-hesenovun-vetendas-qebulunun-vaxti-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR