Azərbaycan yolllarında qanlı həftəsonu: 9 ölü, 28 yaralı

Azərbaycan yolllarında qanlı həftəsonu: 9 ölü, 28 yaralı
10:19 22 May 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 9 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, şənbə günü ölkədə ümumilikdə 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Bazar günü isə baş vermiş 8 yol qəzası səbəbindən 2 nəfər vəfat edib, daha 18 nəfər isə yaralanıb.

 

Qeyd edək ki, şənbə günü ölümlə nəticələnən qəzalar Hacıqabul, Zərdab və İmişlidə, Bazar günü isə Daşkəsən və Füzulidə qeydə alınıb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR